Rusiya kütləvi informasiya vasitələri jurnalist Anna Politkovskayanın qətlini təşkil etməkdə şübhəli bilinən adamın həbsi barədə xəbər yayıblar.
«Komsomolskaya Pravda» qəzetinin məlumatına əsasən, Çeçenistanın Açxoy-Martan rayonu administrasiyasının keçmiş rəhbəri Şamil Burayev bu qətldə şübhəli şəxs kimi sentyabrın 13-də Moskvada həbs olunub.
Politkovskayanın vaxtilə işlədiyi «Novaya qazeta»da düşünürlər ki, hüquq-mühafizə orqanlarından mediaya məlumat sızıb.
«Novaya qazeta»nın baş redaktoru Sergey Sokolov «Azadlıq» radiosuna deyib ki, mətbuatda bu cür məlumatların peyda olması istintaqa və digər şübhəlilərin axtarışına mane ola bilər.