Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Yaşar Böyükanıt bununla əlaqədar deyib:
«Biz daxili təhlükəsizliyi artırmaq, həmçinin, xarici təhlükələrdən qorunmaq üçün bu cür tədbirlər görməyə məcburuq. Türkiyədə hər gün terror aktları törədirlər, onları İraqın şimalından soxulan kürd yaraqlıları həyata keçirirlər. Yaraqlıların dayaq bazaları orada yerləşir».
KİV-lərin məlumatına əsasən, divarın inşası haqda qərarı türk hərbçiləri Səudiyyə Ərəbistanının İraqla sərhədi boyunca oxşar divar tikmək haqda bəyanatından sonra qəbul ediblər.
500 kilometrdən çox uzunluqda olacaq beton divar elektron sensorlarla təchiz olunacaq və Türkiyəyə milyard dollara başa gələcək.