Oktyabrın 13-də futbol üzrə Avropa Çempionatının seçmə qrup mərhələsində Azərbaycan yıgmasıyla qarşılaşacaq Portuqaliya millisi artıq Bakıdadır.
Oktyabrın 11-də keçirilən mətbuat konfransında portuqaliyalı qapıçı Rikardo dedi ki, komandası Bakıya qələbə üçün gəlib: «Desəm ki, qələbə dalınca gəlməmişik, yalan olar. Ancaq onu da bilirik ki, Azərbaycan yıgmasıyla oyun asan olmayacaq». Portuqliya yıgmasının yarımmüdafiəçisi Migel Veloso isə bildirdi ki, komandası çox yaxşı oyun göstərməyə çalışacaq.
Azərbaycan və Portuqaliya yıgma komandaları 2008-ci ildə Avropa Çempionatının seşmə turnirində A qrupunda iştirak edirlər.