İlham Əliyevin Naxçıvana səfəri gözlənilir

Prezident Muxtar Respublikada bir neçə yeni obyektin açılışında iştirak edəcək

Prezident İlham Əliyevin oktyabrın 16-da Tehranda Xəzəryanı dövlət başçılarının zirvə görüşündə iştirak etdikdən sonra Naxçıvan Muxtar Respublikasına səfərə gələcəyi gözlənilir. Dövlət başçısı Naxçıvana səfəri vaxtı bir neçə obyektin açılış mərasimində iştirak edəcək. Yeni obyektlər İranla Azərbaycan sərhədində yeni körpü, Bakı bulvarında quraşdırılan lazer fontanına oxşayan fontan, bir neçə orta məktəb və tibb korpusundan ibarətdir.


«Azadlıq» radiosunun Naxçıvan müxbiri xəbər verir ki, adətən prezident İlham Əliyevin səfərində ictimaiyyətlə görüşlər təşkil edilmir. Bir qayda olaraq, prezidentə problemini danışmaq istəyən adamları hədələyirlər. Jurnalistlərə isə səfərin dəqiq vaxta barədə məlumat verilmir.