Hacı Məmmədovun məhkəməsi təxirə salınıb

Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin yüksək rütbəli sabiq müavini Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti üzrə keçirilən proses təxirə salınıb. Hakim İsgəndər Hacıyevin «ANS»ə verdiyi məlumata görə, məhkəmə oktyabrın 19-na təyin edilib. Onun sözlərinə görə, təxirə salınmaya səbəb Hacı Məmmədovun özünü yaxşı hiss etməməsidir.


Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən şəxslər qətllər törətməkdə, adam oğurluğunda ittiham olunurlar. Onların bəziləri ömürlük azadlıqdan məhrum edilib.