Səid Dadaşbəyli ona qarşı irəli sürülən ittihamları qəbul etməyib

Oktyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlətə xəyanət və dövlət çevrilişinə cəhddə ittiham edilən Səid Dadaşbəyli və onun rəhbərlik etdiyi bildirilən dəstənin məhkəmə prosesi davam edib.


Vəkillərin ANS PRESS-ə verdikləri məlumata görə, proses dövlət əhəmiyyətli xarakter daşıdığından qapalı keçirilib.


Prosesdə S.Dadaşbəyli ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Daha sonra məhkəmə şahid ifadələrinin dinlənilməsi ilə davam edib.