Buş İlham Əliyevi təbrik edib

ABŞ prezidenti Corc Buş prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib: «Birləşmiş Ştatlar Azərbaycan xalqının demokratik, firavan və dinc gələcəyini qurmaq üçün ölkənizin göstərdiyi səyləri dəstəkləməkdə davam edir».


Buş məktubda bildirir ki, «Biz Azərbaycanla əməkdaşlığı davam etdirməyi və dövlətlərimiz arasında dostluğu möhkəmləndirməyi ürəkdən arzulayırıq».