İran prezidenti Ermənistana səfərini yarımçıq qoydu

Prezidentin rəsmi səfərdən erkən dönməsi səbəbləri barədə məlumat verilmir

İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfərini yarımçıq qoyub, Tehrana qayıdıb. Prezidentin rəsmi səfərdən erkən dönməsi səbəbləri barədə məlumat verilmir.


Qeyri-rəsmi məlumatlara görə, proqramın dəyişilməsinə səbəb İranda gözlənilmədən yaranan vəziyyətdir.


Oktyabrın 23-də Ermənistana ikigünlük səfərinin sonunda Əhmədinejadın «erməni soyqırımı» abidəsinin önünə əklil qoyacağı və parlamentdə deputatlar qarşısında çıxış edəcəyi gözlənilirdi.


Ermənilər I Dünya Müharibəsi dövründə Osmanlı İmperiyası ərazisində ermənilərin kütləvi qətlə yetirildiyini iddia edirlər.


Türkiyə bu iddiaları əsassız sayır.