Ağır cinayətlərdə təqsirli bilinən 3 nəfərin axtarışı elan olunub

Daxili İşlər Nazirliyi son günlər Bakı şəhərində və respublikanın bəzi bölgələrində baş verən bir sıra ağır cinayət hadisələrinin törədilməsində təqsirli bildiyi 3 nəfərin axtarışını elan edib. Nazirliyin açıqlamasında bildirilir ki, barələrində axtarış elan edilən şəxslər 32 yaşlı paytaxt sakini Kamran Şakir oğlu Əsədov, 24 yaşlı Bəxtiyar Allahyar oğlu Orucov və Fərid Paşa oğlu Cabbarovdur.


Bu şəxslər haqqında hər hansı bir məlumatı olanlardan hüquq-mühafizə orqanlarına xəbər vermək xahiş olunur.