Naxçıvandan Bakıya ilk avtobus yola düşüb

Muxtar Respublika sakinləri üçün İran vizası pulsuzdur

Avtobus İran Biləsuvarından keçərək, Azərbaycan Respublikası ərazisinə daxil olacaq.


Biletin qiyməti 14 manatdır. Bu isə təyyarə biletindən 2 manat ucuzdur.


Əvvəllər avtobuslar Naxçıvandan Bakıya yalnız fövqəladə hallarda İran ərazisindən keçməklə gəlirdi. Amma iyul ayında İran prezidentinin Bakıya səfəri zamanı imzalanan memorandumla, artıq Naxçıvan-İran-Bakı reysi mütəmadi fəaliyyət göstərəcək.


Hər gün Naxçıvandan Bakıya 2, Bakıdan Naxçıvana 2 avtobus yollanacaq.


Muxtar Respublika sakinləri üçün İran vizası pulsuzdur. Azərbaycanın başqa regionundan olanlar üçün isə viza 20 manatdır.