«Ödəmələrin səviyyəsi aşağı olan rayonlara qaz verilməyəcək»

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti istifadə olunan qazın pulunu ödəməyən rayonlara təbii qazın verilməsini dayandıra bilər. Bu barədə «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov məlumat verib.


O, bəzi rayonlarda yığım həddinin aşağı olduğunu, buna görə də həmin rayonlara qaz verilişinin dayandırılması ilə bağlı məsələnin yaxın günlərdə müzakirəyə çıxarılacağını bildirib.