Divarın uçması nəticəsində üç fəhlə həlak olub

Noyabrın 26-da günorta divarın uçması nəticəsində «Bakelektrikşəbəkə» ASC-nin üç fəhləsi vəfat edib. Hadisə Nərimanov rayonunun Molla Cümə küçəsində baş verib.


Fəhlələr 215 saylı yarımstansiyanın yüksək cərəyanlı kabeli üçün xəndək qazarkən divar uçub. Nəticədə - İsa Hacıyev, Elnur Mustafayev və Elmar Nəsibov yarımstansiyanın uçmuş divarı altında qalıblar.


Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev «Turan»a bildirib ki, İsa Hacıyev hadisə yerində keçinib, digər iki nəfər isə xəstəxanada vəfat edib. Fakt üzrə cinayət işi açılıb.