GUAM BMT-yə «anti-Kosovo» müraciət təqdim edib

Müraciət Madriddə GUAM ölkələrin Nazirlər Şurasının yığıncağından sonra hazırlanıb

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova BMT-yə müraciət ediblər ki, Kosovonun müstəqilliyi ilə bağlı qərar çıxarılarkən, GUAM ərazisindəki münaqişələrin ərazi bütövlüyü prinsipi ilə həll olunacağını təsdiqləsin.


Bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov «Azadlıq» radiosuna məlumat verib.


Müraciət iki həftə əvvəl Madriddə GUAM ölkələrin Nazirlər Şurasının yığıncağından sonra hazırlanıb.


Xarici İşlər nazirinin müavini Araz Əzimov isə bildirib ki, GUAM-ın bu ilin sentyabr ayında BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi «GUAM ərazisindəki dondurulmuş münaqişələrin həlli» adlı qətnamə anti-Kosovo sənədidir. Əgər BMT Kosovonun müstəqillik əldə etməsinin digər münaqişələr üçün də presedent olmayacağını düşünürsə, o zaman GUAM-ın sözügedən qətnaməyə də səs verməlidir.