Azərbaycan yığması FİFA-nın siyahısında 115-cidir

Millinin hesabında 275 bal var

Futbol üzrə Azərbaycan yığması FİFA-nın 2007-ci il üçün son reytinq siyahısında 115-ci yeri tutub. Millinin hesabında 275 bal var. Yığmanın 2010-cu il Dünya Çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən ən yaxşı nəticə Almaniya millisinə məxsusdur - 5-ci yer. Rusiya 23-cü, Finlandiya 36-cı, Uels 57-ci, Lixtenşteyn isə 122-ci pillədə qərarlaşıb.


Cədvələ 1523 xalla Argentina komandası rəhbərlik edir. Braziliya 2-ci, İtaliya 3-cü pillədə qərarlaşıb.


Keçmiş postsovet məkanında Rusiyadan sonra ən yaxşı nəticə Ukraynaya məxsusdur - 30-cu yer.