Yuliya Timoşenko baş nazir seçildi

226 səs toplayan Yuliya Timoşenko Ukraynanın baş naziri seçilib

Dekabrın 18-də Yuliya Timoşenko Ali Radada Ukraynanın baş naziri seçilib. Bu dəfə deputatlar adbaad səs veriblər.


Adları çəkilən millət vəkilləri əllərini qaldıraraq məsələyə münasibətlərini bildiriblər.


226 səs toplayan Yuliya Timoşenko Ukraynanın baş naziri seçilib. Bu, ölkə Konstitusiyasına əsasən, baş nazirin seçilməsi üçün minimum hədd hesab olunur.


Radada bundan əvvəl keçirilən səsvermədə elektron sistemdə texniki qüsurlar olduğundan baş nazirin seçilməsi alınmamışdı.