Dekabrın 24-də əhaliyə pulsuz tibbi xidmət göstəriləcək

Səhiyyə Nazirliyi dekabrın 24-ünü «açıq qapı günü» elan edib

Bakı, Gəncə, Əli Bayramlı, Sumqayıt və Mingəçevir şəhərlərində bir sıra tibb müəssisələrində dekabrın 24-də «açıq qapı günü» keçiriləcək. Həmin vaxt müraciət edən əhaliyə pulsuz tibbi xidmət göstəriləcək.


Qərarı Səhiyyə Nazirliyi verib.


Nazirlikdən bildirirlər ki, bu addım «Qurban bayramı» və 31 dekabr «Dünya Azərbaycanlılarının Həmrəylik Günü» münasibəti ilə atılıb.


Qərara görə Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş büdcədən maliyyələşən və qismən pullu tibbi xidmət göstərən müəssisələri dekabrın 24-də pulsuz xidmət göstərəcəklər.