Dekabrın 21-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 8/1 mərhələsinin püşkü atılıb. Nəticələrə əsasən, «Seltik» - «Barselona», «Lion» - «Mançester-Yunayted», «Şalke» - «Porto», «Liverpul» - «İnter», «Roma» - «Real» (Madrid), «Arsenal» - «Milan», «Olimpiakos» - «Çelsi», «Fənərbaxça» – «Sevilya» ilə qarşılaşacaq.
İlk oyunlar gələn il fevralın 19-20-də, cavab qarşılaşmaları isə martın 4-5-də keçiriləcək.
Dekabrın 21-də həmçinin UEFA kubokunun 16/1 mərhələsinin püşkləri də atılıb. Nəticələr belə olub:
«Anderlext» - «Bordo»
«Zenit» - «Vilyareal»
«AEK» - «Xetafe»
«Bolton» - «Atletiko» Madrid
«Qalatasaray» - «Bayer»
«Aberdin» - «Bavariya»
«Sürix» - «Hamburq»
«Brann» - «Everton»
«PSV» - «Helsinqborq»
«Benfika» - «Nürnberq»
«Verder» - «Braqa»
«Slaviya» - «Tottenxem»
«Marsel» - «Spartak» Moskva
«Sportinq» - «Bazel»
«Rusenborq» - «Fiorentina»
«Qlazqo Reyncers» - «Panatinaikos»