Sonuncu çadır şəhərciyi ləğv edildi

Məcburi köçkünlər Yeni İli yeni qəsəbələrdə qarşılayacaqlar

Dekabrın 24-də Sabirabad rayonu ərazisindəki məcburi köçkünləri üçün quraşdırılmış sonuncu çadır şəhərciyi sökülüb.


Məlumatı «Azadlıq» radiosuna Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Həsənov verib. Onun sözlərinə görə, 4179 ailə yeni salınmış qəsəbələrə köçürülüb: «Füzuli və Ağdam rayonundan məcburi köçkünlər öz rayonlarında yeni salınmış qəsəbələrə köçürülür. Laçın rayonundan məcburi köçkünlər Biləsuvarda, Zəngilandan olanlar isə Sabirabadda yerləşdiriləcək».


Sənan Həsənov köçürmə prosesinin yaxın üç gündə başa çatacağını və məcburi köçkünlərin Yeni İli yeni qəsəbələrdə qarşılayacağını bildirib.