«Mən seçkilərə inamla gedirəm, insanlara deməyə sözüm var, insanların ovqatına bələdəm». Prezident İlham Əliyev bunu Moldovanın «Kanal 4» televiziyasına müsahibəsində deyib.
İlham Əliyev deyib ki, bu gün Azərbaycanda ənənəvi müxalifətin fəaliyyət meydanı həmişəkindən daha məhduddur. «Ona görə yox ki, biz kimisə sıxışdırır və problemlər yaradırıq. Xeyr, ona görə ki, biz nəyi nəzərdə tutmuşduqsa, ölkəmiz üçün, onun möhkəmlənməsi üçün, təhlükəsizliyi, inkişafı üçün nə lazımdırsa, hamısını edirik».
Prezident hesab edir ki, 2008-ci il əvvəlki illərdən fərqlənməyəcək: «Gələn il bizim 2003-cü ildə nəzərdə tutduğumuz bütün planların həyata keçirilməsi ili olacaqdır».