Minimum aylıq əmək haqqı 60 manat oldu

Prezident Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb

Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2008-ci il yanvarın 1-dən 60 manat müəyyən edilir. Bu barədə prezident İlham Əliyev dekabrın 26-da sərəncam imzalayıb.


Sənəddə dövlət başçısının bu addımı ölkə əhalisinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə artığı bildirilir.


Prezident Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.


Bu vaxta kimi ölkədə minimum aylıq əmək haqqı 50 manat təşkil edirdi.