Parlament payız sessiyasına yekun vurdu

MM payız sessiyasında 132 qanun və qərar qəbul edib

Dekabrın 30-u Milli Məclisin payız sessiyasına yekun vurub. Yekunlarla bağlı məlumat verən MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov payız sessiyasında keçirilən 15 iclasda 132 qanun və qərarın, o cümlədən 1 konstitusiya qanunun qəbul olunduğunu bildirib.


Vitse-spiker həmçinin parlament rəhbərliyinin və deputatların bu müddət ərzində həyata keçirdiyi rəsmi səfərlərlə bağlı da məlumat verib. (ANS)