Hillari Klinton Ayovada 3-cü oldu

Hillari Klinton namizədlik müsabiqəsinin birinci mərhələsində üçüncü yerdədir

ABŞ-ın Ayova ştatında Corc Buşdan sonrakı növbəti prezidentin seçilməsi başlanıb. Respublikaçılardan Mayk Hakkabi Ayova ştatında namizədlik müsabiqəsinin birinci mərhələsində qalib gəlib. Səsvermənin ilkin nəticələrinə görə, Hakkabiyə ştat sakinlərinin 34 faizi səs verib. Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni isə 25 faiz səs toplaya bilib. Demokratların cəbhəsində isə 38 faiz səslə Barak Obama 1-ci yerdə gedir, 2-ci Con Edvards, 3-cü senator Hillari Klintondur.


Ağ Evin Buşdan sonrakı sahibini müəyyən etmək üçün bu cür erkən səsvermə bütün 50 ştat boyu keçiriləcək.


Növbəti səsvermə isə artıq yanvarın 8-də Nyu Hempşirdə baş tutacaq.