Həbsdə olan jurnalistlərin dərhal azad edilməsi istənilir

«Sərhədsiz reportyorlar» 5 jurnalistin əfvini alqışlayır

«Sərhədsiz reportyorlar» Azərbaycan prezidentinin 119 məhbusun, o cümlədən, 5 jurnalistin əfv edilməsi barədə 28 dekabr tarixli fərmanını alqışlayır.


«Bu qərarı alqışlayaraq, biz eyni zamanda həbsdə qalan üç jurnalistin dərhal azad edilməsi zərurətini qeyd edirik», - deyə təşkilatın bəyanatında qeyd edilib. «Sərhədsiz reportyorlar» «üç jurnalist» deyərkən Qənimət və Sakit Zahidov qardaşları («Azadlıq» qəzeti) və Eynulla Fətullayevi («Realnıy Azerbaydjan» qəzeti) nəzərdə tutur.