Eynulla Fətullayevin də məhkəmə prosesi təxirə salındı

E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin yanvarın 8-nə təyin olunan məhkəməsi təxirə salınıb. Buna əlverişsiz hava şəraiti səbəb olub. Proses yanvarın 11-nə təyin edilib.


Apellyasiya şikayətində Fətullayev ona bəraət verilməsini, İnsan Haqları haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının pozulmasının tanınmasını məhkəmədən xahiş edir.


E. Fətullayev terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, vergi ödəməkdən yayınmada təqsirləndirilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.