Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlik uğrunda «primaries» adlandırılan ilkin seçkilər Ayova ştatından sonra Nyu Hempşirdə başa çatıb.
İlkin nəticələrə görə, respublikaçılardan Con Makkeyn qalib gəlib. Demokratlardan isə gözlənildiyinin əksinə olaraq Hillari Klinton Barak Obamadan çox səs yığıb. Seçicilərin aktivliyi yüksək olub.