«Loğman» tibb məktəbinin lisenziyası ləğv edilib

Nazirlər Kabineti tibb məktəbinin lisenziyanın qüvvədən düşməsi səbəbini açıqlamayıb

Nazirlər Kabineti «Loğman» tibb məktəbinin lisenziyasını ləğv edib. Bu xəbər «Turan»a Nazirlər Kabinetindən verilib. Xəbərdə deyilir ki, respublika Təhsil Nazirliyi adı çəkilən tibb məktəbinin qanunsuz fəaliyyət göstərdiyini bildirib və fəaliyyətinin dayandırılması ilə bağlı təkliflə çıxış edib.


Bundan sonra Nazirlər kabineti «Loğman» tibb məktəbinin 1996-cı il fevralın 12-də aldığı lisenziyanın qüvvədən düşməsi barədə qərar verib.


Nazirlər Kabineti tibb məktəbinə verilmiş lisenziyanın qüvvədən düşməsinin səbəbləri barədə açıqlama verməyib.


«Loğman» tibb məktəbindən adının çəkilməsini istəməyən mənbə «Turan»a bildirib ki, məktəbin bağlanması üçün Təhsil Nazirliyi əsas olaraq dövlət başçısının 2004-cü ildə özəl ali məktəblərin tibb və hüquq fakültələrinə qəbulun dayandırılması haqda sərəncamı əsas götürüb.