Məktəblər açıldı

Təkcə Bakıdakı orta məktəblərin 40 faizinin qızdırılmadığı deyilir

Şaxtalı hava şəraitinə baxmayaraq yanvarın 10-dan Azərbaycanın hər yerində hökumət tədris prosesini bərpa edib. Təkcə Bakıdakı orta məktəblərin 40 faizə qədəri soyuqdur, qızdırılmır. Elə buna görə də Təhsil Nazirliyi məktəblilərin qış tətilinin üç gün də uzanması haqda qərar vermişdi.


Bu gün son günlərin ən soyuq qış günü olacaq. Sinoptiklərin məlumatına görə paytaxtda qar yağması ilə yanaşı şimal-qərb küləyi də əsəcək. Bakıda gün ərzində 2 dərəcəyə kimi şaxta gözləyirlər.