Avropa İttifaqı həbsdəki üç jurnalisti azad etməyə çağırır

«Prezidentin fərmanı müsbət addımdır»

Avropa İttifaqı (Aİ) beş jurnalistin azad edilməsini alqışlayır. «Turan»ın məlumatına görə, Avropa İttifaqının Azərbaycanda 119 məhbusun, o cümlədən, 5 jurnalistin əfvi haqqında fərmanla bağlı bəyanatında belə deyilir:


«Prezidentin fərmanı Azərbaycanın mətbuat azadlığı sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi istiqamətində müsbət addımdır».


Aİ tez bir zamanda həbsdə qalan üç jurnalistin də (Sakit Zahidov, Qənimət Zahidov və Eynulla Fətullayev) azad edilməsini və böhtana görə cinayət təqibinə moratorium qoyulmasını istəyir.


Avropa İttifaqı hesab edir ki, bu, siyasi jest Azərbaycanın qurumla əməkdaşlığını möhkəmlədə və seçkiqabağı kampaniya ərəfəsində daha əlverişli atmosfer yarada bilər.