«Bütün kazarmalar qızdırılır, əsgərlərə əlavə isti geyimlər paylanıb»

Ordunun bütün hissə və bölmələri ilə rabitə əlaqəsi normal səviyyədə işləyir

Soyuq hava şəraitilə bağlı Azərbaycan Ordusu bütün hissələrində xüsusi təlimatların həyata keçirilməsinə başlanıb.


Xəbəri «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev verib: «Bütün kazarmaların qızdırılması, əsgərlərə əlavə isti geyimlərin paylanması üçün əlavə tədbirlər görülüb. Bu günlərdə Azərbaycan Ordusunun yalnız bir əsgəri ayaqlarının yüngül donvurması diaqnozu ilə Gəncə hərbi hospitalına yerləşdirilib. Artıq onun durumu normallaşıb».


İlqar Verdiyevin sözlərinə görə, yüksək dağlıq ərazilərdə yerləşən hərbi hissələrin heç birinin ərazisində qar uçqunu qeydə alınmayıb. Ordunun bütün hissə və bölmələri ilə rabitə əlaqəsi normal səviyyədə işləyir.