«Seçki ilində polisin fəaliyyəti xüsusi plan əsasında həyata keçiriləcək»

«Seçki ilində polisin fəaliyyəti xüsusi plan əsasında həyata keçiriləcək». Bunu Daxili İşlər nazirinin müavini Əsgər Ələkbərov deyir. Onun sözlərinə görə, qüvvədə olan seçki qanunvericiliyinə və Daxili İşlər nazirinin təsdiq edəcəyi kompleks tədbirlər planına uyğun olaraq, polis seçki ərəfəsində fəaliyyətini gücləndirəcək.


Ə.Ələkbərov onu da bildirir ki, xidməti işində qanun pozuntularına yol verən, vətəndaşa qarşı zorakılıq işlədən polis əməkdaşları haqqında intizam tədbirləri görülüb: «İşdən çıxarılma və cəzalandırma halları demək olar ki, gündəlik iş prosesində müntəzəm olaraq baş verir».


Bununla belə, nazir müavini polisin fəaliyyətində işgəncə hallarına çox az rast gəlindiyini deyib.