Rusiya səfiri ümid edir ki, «RTR»in Azərbaycanda yayımı bərpa ediləcək

Səfirin fikrincə, danışıqlar başa çatmamış belə addım atılmamalı idi

Səfir Vasili İstratov «Azadlıq» radiosuna bildirib ki, yaxın günlərdə Bakıya məsələ ilə bağlı ekspertlər gələcək.


Səfir hesab edir ki, Azərbaycan yanvarın 1-dən «RTR-Planeta»nın yayımını dayandırmaqla tələsik addım atıb. Onun fikrincə, danışıqlar başa çatmamış belə addım atılmamalı idi.


Milli Teleradio Şurası bildirir ki, danışıqlarda «RTR-Planeta»nın Azərbaycanda, AzTV-nin isə Rusiyada yayımlanması müzakirə olunurdu. Amma Rusiyada Azərbaycanın dövlət televiziyasının yayımı ilə bağlı razılıq əldə edilmədiyindən «RTR»in ölkədə yayımı dayandırılıb.