Büdcədən maliyyələşən müalicə müəssisələrində pullu xidmət ləğv edilir

Əmr 2008-ci il fevralın 1-dən qüvvəyə minir

Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Səhiyyə naziri Oqtay Şirəliyev bu haqda əmr imzalayıb.


Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən «Azadlıq» radiosuna daxil olan məlumatda deyilir ki, bu əmr 2008-ci il fevralın 1-dən qüvvəyə minir.


Əmrin icrasına dair göstərişlər artıq nazirliyin bütün strukturlarına verilib.