AŞPA-nın 30 deputatı 20 yanvar faciəsi ilə bağlı yazılı bəyannaməni imzalayıb

Bəyannamədə deyilir ki, 1990-cı il yanvarın 20-də 26 min sovet ordusu Bakıya daxil olub, günahsız əhaliyə atəş açıb. Nəticədə 133 nəfər öldürülüb, 700-ə qədər adam yaralanıb. Sənədi deputat Qənirə Paşayeva verib. Sənəd tövsiyə layihəsidir, baxılması üçün Avropa Şurasının Nazirlər Komitəsinə göndərilib.


AŞPA-nın qış sessiyası yanvarın 21-də başlayıb, yanvarın 25-nə qədər davam edəcək.