Dünya liderləri İrana qarşı yeni sanksiyalar planını razılaşdırıblar

İranın nüvə proqramına dair Berlin konfransı. 22 Yanvar 2008

Yanvarın 22-də Berlində keçən görüşdən sonra Almaniyanın xarici işlər naziri Frank Uolter Ştaynmeyer deyib ki, yeni qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasına yaxın günlərdə veriləcək.


Qəbul olunacağı təqdirdə, bu, İrana qarşı 3-cü qətnamə olacaq. Layihəni Almaniya və Təhlükəsizlik Şurasının daimi üzvləri-Amerika, Rusiya, Britaniya, Fransa və Çin razılaşdırıb. İran nüvə proqramını dayandırmaqdan imtina etdiyi üçün yeni sanksiya təhlükəsiylə üzləşir.