Bakı Şəhər Prokurorluğunun 4 əməkdaşı prokurorluq orqanlarından qovulub

Bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. Ötən il Bakı şəhər prokurorluğunun 4 əməkdaşı prokurorluq orqanlarından xaric edilib. Bundan əlavə 17 əməkdaş müxtəlif pozuntulara yol verdiyi üçün intizam qaydasında cəzalandırılıb.