149 ölkə arasında 80-ci

Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılıb, ən yüksək – 100, ən pisi – 0

Yanvarın 24-də dünya ölkələrinin 2007-ci il üçün «Ekoloji Nailiyyətlər İndeksi» (Environmental Performance Index-2008) dərc olunub.


Reytinqi ABŞ-ın Yel və Kolumbiya universitetləri tərtib edib.


149 ölkənin hər biri altı qrupa ayrılmış 25 meyar üzrə qiymətləndirilir: «ekoloji sağlamlıq (vəziyyət)», «havanın keyfiyyəti», «su resurslarının vəziyyəti», «bioloji müxtəliflik», «təbii resursların səmərəliliyi» və «iqlim dəyişikliyi».


Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılıb, ən yüksək – 100, ən pisi – 0.


Ekoloji sahədə ən böyük nailiyyətlər qazanmış ilk 10 ölkə bunlardır:


İsveçrə, İsveç, Norveç, Finlandiya, Kosta-Rika, Avstriya, Yeni Zelandiya, Latviya, Kolumbiya və Fransa.


MDB respublikalarından ən yaxşı vəziyyət Rusiyadadır, o, 28-ci yeri tutub (83.9 bal). AZƏRBAYCAN 80-ci yerdədir (72.2).


Gürcüstan 37-ci (82.2), Ermənistan 62-cidir (77.8).


Sonuncu 149-cu yeri 39.1 nəticə ilə Niger tutur.