Göyçay və Şəkidə zəlzələ olub

Yanvarın 31-də Göyçay və Şəki rayonlarının sərhədində 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ olub. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AzərTAc-a bildiriblər ki, yeraltı təkanlar Göyçayda 2,5 bal, Ucar və Şəkidə 2 bala qədər, Zərdab, İsmayıllı və Ağdaşda isə çox zəif hiss edilib.
Dağıntı və tələfat yoxdur.