Amerikada Super Çərşənbə axşamıdır

Hillari Klinton və Barak Obamanın eyni qələbə imkanına malik olduğu bildirilir

Fevralın 5-də Amerikada super seçki günüdür. Birləşmiş Ştatlarında bu Super Tuesday - Super Çərşənbə axşamı adlanır.


Həmin gün 24 ştatda demokratlar və respublikaçılar partiyasının prezidentliyə kimi namizəd irəli sürəcəkləri həll olunur.


Budəfəki praymeriz həm də ona görə mühümdür ki, kampaniya iri ştatlarda – Kaliforniya, Nyu-Yorkda və Nyu-Cersidə keçiriləcək.


Respublikaçılardan senator Con Makkeynin irəli çıxacağı gözlənilir.


Rəy sorğularının nəticələrinə görə, demokratlardan Hillari Klinton və Barak Obama eyni qələbə imkanına malikdirlər.