Qənimət Zahidin məhkəməsi fevralın 12-nə qaldı

Fevralın 5-də Yasamal Rayon Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə proses dövlət ittihamçısı Ceyhun Kazımovun gəlməməsi səbəbindən fevralın 12-nə təxirə salınıb.


Jurnalist xuliqanlıqda təqsirləndirilir. Qənimət Zahid özü isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir.