Tarix Muzeyinə bir milyon manat ayrıldı

Prezident İlham Əliyev Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam verib.


Sənədə əsasən, sözügedən muzeydə mühafizə olunan mövcud eksponatların restavrasiyası və yenilərinin alınması üçün prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılır.