Makkeyn Respublikaçıların vahid namizədinə çevrilir

Con Makkeyn demək olar ki, Respublikaçıların vahid namizədidir

Con Makkeyn demək olar ki, Respublikaçıların vahid namizədidir. Onun rəqibi Mitt Romni seçki yarışından çıxıb. Romni vaxtilə Massaçusi ştatının qubernatoru olub. O, deyib ki, namizədliyini geri götürməsinə əsas səbəb Amerika qoşunlarının İraqdan çıxmasını istəyən Demokratlarla mübarizəyə daha yaxşı hazırlaşmaqdır.


Super Çərşənbə axşamı seçkilərində Mitt Romni rəqiblərinə uduzmuşdu.


İndi Con Makkeynə rəqib bir respublikaçı namizəd Mayk Hakkabi qalır. Lakin müşahidəçilər Hakkabini o qədər də güclü hesab etmirlər.