Məmur olmaq istəyənlər üçün müsabiqə

Ümumilikdə 31 dövlət orqanı vakant vəzifələr təklif edir

Müxtəlif dövlət orqanlarında 600-dən çox məmur yeri boşdur. Bu vakant yerlərin tutulması üçün müsabiqə elan olunub. Müsabiqəni Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya keçirir.


Ümumilikdə 31 dövlət orqanı vakant vəzifələr təklif edir.


Məmur olmaq istəyənlər üçün müsabiqə iki mərhələdən ibarətdir: imtahan və müsahibə. İmtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir. İkinci mərhələyə keçmək üçün 80 bal toplamaq tələb olunur.


Müsahibə mərhələsi isə iş təklif edən təşkilatın nümayəndələrinin iştirakı ilə təşkil edilir. İddiaçılar məhz bu mərhələnin obyektiv olmadığından şikayətlənirlər. Ona görə bu ildən iddiaçıya müsahibənin video çəkilişini aparmaq hüququ da verilir.