Prokurorluq orqanlarından 9 nəfər xaric olunub

Baş prokuror Zakir Qaralov kollegiya iclası keçirib


Bu barədə fevralın 8-də Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında baş prokuror Zakir Qaralov məlumat verib.


Baş prokuror bildirib ki, ötən il müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 52 prokurorluq əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan üçü xüsusi rütbədən məhrum edilməklə, 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub.


Hesabat dövründə Bakı Şəhər Prokurorluğunun 17 əməkdaşı qanunsuzluqlara yol verdiyi üçün cəzalandırılıb. Onlardan dörd nəfəri isə prokurorluq orqanlarından xaric edilib.(Trend)