Türkmənistanda sürücülərə yanacaq pulsuz veriləcək

Fevralın 11-dən Türkmənistanda avtomobil sahiblərinə pulsuz yanacaq - qaz veriləcək

Fevralın 11-dən Türkmənistanda avtomobil sahiblərinə pulsuz yanacaq - qaz veriləcək. Türkmənistanın dövlət qəzetlərində artıq bu barədə fərman çıxıb.


Fərmana görə, avtomobil sürücülərinə ay ərzində 120 litr, yük maşını və avtobuslara 200 litr, motosiklet sahiblərinə isə 40 litr pulsuz qaz veriləcək.


Amma sürücülər aylıq limitdən artıq qaz yandırarsa, yanacağı hökumətin təyin etdiyi qiymətlə almalı olacaqlar. Yeni qiymətlərə görə 1 litr 8 yox, təxminən 60 sent müəyyənləşib.