AZƏRBAYCANDA HƏR 100 MİN SAKİNƏ 202 MƏHBUS DÜŞÜR

Dünyada 9 milyondan artıq insan həbsxanadadır, onlardan da 2 milyon 245 mini ABŞ-da məhbusdur. ABŞ-da ölkənin ümumi əhalisinə nisbətdə məhbusların sayı hər 100 min sakinə 750 nəfər təşkil edir.

Çində 1.6 milyon, Rusiyada isə 890 min məhbus var.


Bu barədə Beynəlxalq Həbsxana Təhqiqatları Mərkəzinin hesabatında bildirilir.


2005-ci ildə Azərbaycanda 17 min məhbus olub. Azərbaycanda hər 100 min sakinə 202 məhbus düşür.