Badri Patarkatsişvili vəfat edib

Badri Patarkatsişvili Tbilisidə parlament binası qarşısında mitinqdə çıxış edir. 2 noyabr 2007

Gürcüstanlı iş adamı Badri Patarkatsişvili Londonda öz evində vəfat edib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.


Məlumatı fevralın 13-ü səhər Gürcüstan telekanalları yayıb. Xəbəri «Bizim Gürcüstan» partiyasının liderlərindən biri Nona Qaprindaşvili də təsdiqləyib.


53 yaşlı Badri Patarkatsişvili 5 yanvar prezident seçkilərində müxalifətdən namizədliyi irəli sürülmüş şəxslərdən bir idi. O, seçkilərdə 7,1% səs toplamışdı.


Tbilisi Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçmişdi. Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi.