Danimarkada Məhəmməd peyğəmbərin karikaturası yenidən dərc edilib

Redaktorlar bu addımı söz azadlığını dəstəkləmək məqsədiylə atdıqlarını deyirlər

11 Danimarka qəzetində Məhəmməd peyğəmbərin daha öncə də ciddi narazılıqlar doğuran bir karikaturası yenidən dərc olunub. Qəzet redaktorları bu addımlarını söz azadlığını dəstəkləmək məqsədiylə atdıqlarını bəyan ediblər.


Bundan öncə yerli polis bəyan edib ki, karikatura müəllifini öldürmək istəyən 3 nəfər həbs olunub.


İlk dəfə 12 şəkilli karikaturalar silsiləsi 2005-ci ildə dərc olunmuşdu və bir çox müsəlman ölkələrində peyğəmbərin təhqir olunması iddiasıyla etiraz aksiyaları keçirilmişdi.