Fevralın 22-də Bosniya serblərinin parlamenti bəyan edib ki, əgər BMT-nin və Avropa Birliyinin üzvü olan dövlətlərin əksəriyyəti Kosovonun müstəqilliyini tanıyarlarsa, onda Bosniya serbləri də Bosniyadan ayrılmaq üçün referendum keçirəcək.
Bosniya Serb Respublikası parlamentinin qəbul etdiyi qətnamədə deyilir ki, Kosovonun müstəqilliyini elan etməsi qanunsuz olub. Bu addım Serbiyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Bu qətnamə parlmentarilərin əksəriyyətinin dəstəyini qazanıb. Parlamentin müsəlman və xorvat deputatları qətnamənin qəbulunda və müzakirəsində iştirak etməyiblər.
Bosniya-Serb Respublikasından və Müsəlman-Xorvat Federasiyasından ibarətdir.
Kosovonun müstəqillik elan etməsi Serbiyanın paytaxtı Belqradda kütləvi etiraz nümayişi ilə qarşılanıb. Amerikanın və bir sıra ölkələrin səfirliklərinə hücumlar olub.