«Halal» donuz əti, leş «biznesi…»

«Kilosu ən azı 4-5 manata olan sümüklü ət sonda necə 2 manatlıq kolbasaya çevrilir?»

«Heç kimə sirr deyil ki, xəstə və ya ölmüş heyvanların əti yeməkxanalara və ya kolbasa sexlərinə aşağı qiymətə təhvil verilir. Belə «məmulatların» üzərində lazımi informasiyaların olmamasına baxmayaraq, ucuz olduğu üçün özünə alıcı tapa bilir». «Ekspress» bu problemə bağlı jurnalist araşdırması aparıb.

Qəzet vurğulayır ki, ətin qiyməti ilə bir çox kolbasa-sosiska məmulatlarının qiymətləri arasında xeyli fərq var. «Qeyd edək ki, mətbuat bu uyğunsuzluğu gündəmə gətirdikdən sonra kolbasa sexlərinin sahibləri həmin ətəbənzər şübhəli məhsulların qiymətini ətin qiymətinə çatdırmağa çalışdılar ki, bəlkə daha çox alıcını aldada bilsinlər. Amma bununla belə yerli kolbasa və sosiska məmulatlarının qiyməti yenə də «maya dəyəri»ndən aşağıdır. Burada meydana suallar çıxır. Əgər kolbasa və sosiskalar sex sahiblərinin iddia etdiyi kimi keyfiyyətli ətdən hazırlanırsa, onda kilosu ən azı 4-5 manata olan sümüklü ət sonda necə 2 manatlıq kolbasaya və ya sosiskaya çevrilir?»

Daha sonra qəzet belə sual verir: «Cənab sahibkarlar, donuz ətini bu məhsula qatışdırıb, üstünə də «halal» yarlığı yapışdırıb dindarları niyə aldadır və təhqir edirsiniz? Ölü heyvanların ətindən, karton qırıntılarından və hər cür zir-zibildən hazırlanan, tərkibinə xüsusi dad və rəng verən kimyəvi maddələr qatılan təhlükəli məhsulu xalqa sırıyıb insanların həyatı ilə oynamağa sizə kim icazə verib?»

İranda Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovun da qatıldığı Xocalı faciəsi ilə bağlı mərasimin keçirilməsinə icazə verilməyib. Bu barədə APA-nın yaydığı informasiya əksər qəzetlərdə yer alıb.

«Bizim Yol» yazır ki, İran hüquq-mühafizə orqanlarının əməkdaşları anım mərasimi keçirilən məscidə girərək, tədbirin yarımçıq dayandırılmasını tələb ediblər. «Günorta namazından sonra məscidə daxil olmaq istədik. Amma mülki və polis geyimində məscidə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mərasim iştirakçılarının hamısını çıxarmağa başladılar. Həmin vaxt məscidin içində olan Azərbaycanın səfiri də buradan çıxarıldı». Hadisənin şahidləri etiraz edənlərə zor tətbiq edildiyini də söyləyiblər.

Prezident İlham Əliyevin Polşaya səfəri rəsmi qəzetlərin diqqət mərkəzindədir. «Səs» yazır ki, İlham Əliyevlə polşalı həmkarı Lex Kaçinski arasında təkbətək görüş olub. «Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığın perspektivləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb».