Şahzadə Harri Əfqanıstandan Britaniyaya qayıdıb

Şahzadə Harri Əfqanıstanda, 2 yanvar 2008

Britaniya şahzadəsi Harri Əfqanıstanın Hilmend əyalətində taliblərə qarşı hərbi əməliyyatlarda iştirakını başa vuraraq vətəninə qayıdıb.


Kraliça Yelizavetanın 23 yaşlı nəvəsi xəlvətcə Əfqanıstana dekabr ayında göndərilmişdi. O, hərbi hissələrin birində zabit kimi xidmət keçirdi. Böyük Britaniyanın Müdafiə Nazirliyi bu faktı yaymamaq haqda mətbuatla razılıq əldə etmişdi – nazirlik vəliəhd Çarlzın oğlunun təhlükəsizliyindən ehtiyatlanırdı.


Ancaq fevralın 28-də məlumatın sızması baş verib. Şahzadə Harrinin dərhal evakuasiyası barədə qərar qəbul olunub.